Apr 13, 2022 15:20 Asia/Baku
  • Fransa
    Fransa

İki cəmiyyətin şikayətilə Fransa prezident seçkilərinin uğursuz namizədlərindən olan Erik Zemmurun seçki təbliğatı kampaniyasında islamofob məzmunlu mesajların məqsədyönlü şəkildə Fransa yəhudilərinə göndərilməsi barədə məhkəmə təhqiqatları başlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Yəhudi tələbələr birliyi və «Pisləyirəm» cəmiyyəti bu məhkəmə işinin şikayətçiləridirlər. Paris prokurorluğu təhdiqatlara çərşənbə axşamı günündən başlayıb.

İş, fərdi cinayətlərlə mübarizə bölməsinin ixtiyarına verilib.

Mesajlardan birində, Zemmur İslamın Fransada yayılmasını pisləyən yeganə şəxs adlandırılıb. Başqa bir mesajda da deyilir ki, bugünkü antisemitizmin forması, islamidir.

Fransa qanunlarına görə, şəxsin icazəsi olmadan irqi və ya qövmi koklərə malik olan dini inamların ifşasının beş ilədək həbs cəzası və 300 min avroluq cəriməsi var.

Daha üç müəssisə də bu barədə şikayət ərizəsi qeydə aldırıb.

 

Teqlər