BMT-dən Ukrayna savaşından zərər çəkən ölkələrə yardım
Apr 15, 2022 15:06 Asia/Baku
-
BMT
BMT Ukrayna müharibəsindən zərər çəkmiş ölkələrə yüz milyon dollarlıq vəsait ayırıb.
SəhərAzəri-nin məlumatına əsasən, BMT bir bəyanatda bildirib ki, Yəməndən əlavə, Rusiyanın Ukraynaya hücumunun nəticələri ilə mübarizə aparmaq üçün altı Afrika ölkəsinə yüz milyon dollarlıq yardım edəcək.
Bəyanatda deyilir ki, bu büdcə içməli su, sığınacaq və tibbi xidmətlər daxil olmaqla lazımi avadanlıqların, həmçinin ərzaq yardımlarının və ilkin maddələrin təmin edilməsi istiqamətində BMT agentliklərinə və onların tərəfdaşlarına kömək edəcək.
Bu istiqamətdə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffit bildirib ki, qeyd olunan büdcənin ayrılması çox sayda həyatı xilas edəcək.