Apr 17, 2022 10:37 Asia/Baku
  • Fransa xalqı aksiya keçirib

Fransa xalqı dünən bir daha bu ölkənin prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyası keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, Fransa xalqı bu ölkənin prezident seçkilərinin ikinci turuna vəsiqə qazanmış namizədləri nalayiq və pis hesab edir. Fransalı etirazçıların bildirdiklərinə görə, Makron və Le Pen heç bir vəchlə bu ölkənin prezidenti olmaq həddində deyillər.

Fransalı etirazçılar, o sıradan sarı jiletlilər, anti-faşist təşkilatları, miqrant cəmiyyətləri və bir çox fəhlə həmkarlar ittifaqı bu aksiyada «Nə Makron, nə Le Pen!» kimi şüarlarla Fransa prezident seçkilərinin ikinci turunun boykot edilməsini tələb ediblər.

Fransanın təhlükəsizlik qüvvələri də gözyaşardıcı qaz buraxmaqla etirazçıları yatırmağa başlayıblar.

Cümə günü gecə də yüzlərlə tələbə Fransa prezident seçkilərinin ikinci turunda Emmanuel Makron və Marin Le Penin namizədliklərinə qarşı öz etirazını göstərmək üçün bu ölkənin bir neçə universitetinin qarşısına toplaşıb.

Son Fransa prezident seçkilərində diqqətçəkən məsələ, bu ölkə vətəndaşlarının aşağı həddə iştirakı olub. Fransa daxili işlər nazirliyinin statistikasına əsasən, 2022-ci il Fransa prezident seçkilərinin birinci turunda iştirak səviyyəsi 25,48 faiz olubdur ki, bu da ondan qabaqkı prezident seçkiləri ilə müqayisədə hissolunacaq həddə azalmadan xəbər verir.

Fransa prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.

 

Teqlər