Apr 25, 2022 16:40 Asia/Baku
  •  etiraz
    etiraz

Fransada Emmanuel Makronun prezident seçkilərində qalib gəlməsinə etiraz edənlərlə polis arasında baş verən toqquşmada iki nəfər ölüb.

SəhərAzəri-nin məlumatına əsasən, "FARS" xəbər agentliyinin məlumatına görə, bazar günü axşam Makron Parisdə tərəfdarları qarşısında çıxış edərkən yüzlərlə insan onun seçkilərdə qalib gəlməsinə etiraz olaraq, ölkənin bəzi bölgələrində küçələrə çıxıb.

Yayımlanan videolara əsasən, polis etirazçılara hücum edərək, onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Polislə etirazçılar, eləcə də seçkilərdə məğlub olmuş Marin Le Penin tərəfdarları arasında toqquşmaların baş verdiyi də bildirilir. 

Emmanuel Makron Fransa prezident seçkilərinin ikinci turunda ifrat sağçı partiyasından olan rəqibi Marin Le Penin 42 faiz səsinə qarşı 58 faiz səs toplayaraq, Fransa prezident seçkilərinin qalibi olub və 2017-ci ildəki qələbəsini bir daha təkrarlayıb. 

Teqlər