Rusiya mülkilərin «Azovstal»dan çıxmaları ilə razılaşıb
https://azeri.sahartv.ir/news/dünya-i388496-rusiya_mülkilərin_azovstal_dan_çıxmaları_ilə_razılaşıb
BMT bilridib ki, Rusiya, Qızıl Xaç təşkilatının iştirakı ilə mülkilərin Ukraynanın Mariupol şəhərində yerləşən «Azovstal» kombinatından çıxmaları ilə razılaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2022 10:23 Asia/Baku
  • Rusiya mülkilərin «Azovstal»dan çıxmaları ilə razılaşıb

BMT bilridib ki, Rusiya, Qızıl Xaç təşkilatının iştirakı ilə mülkilərin Ukraynanın Mariupol şəhərində yerləşən «Azovstal» kombinatından çıxmaları ilə razılaşıb.

SəhərAzəri-nin məlumatına əsasən, BMT-nin baş katibi Antonio Quterreşin Moskvada Vladimir Putinlə görüşündə Rusiya prezidenti BMT-nin və Qızıl Xaç təşkilatının iştirakı ilə insanların «Azovstal» metallurgiya kombinatından boşaldılmaları ilə razılaşıb.

BMT-nin sözçüsü Stefan Ducarrik bir bəyanatda deyib: Quterreş bu görüşdə BMT-nin Ukrayna barədəki mövqeyini təkrar edib və tərəflər mülkilərin döyüş bölgələrindən boşaldılmalarına və humanitar yardımlara dair təkliflər haqda danışıblar.

Ducarrik qeyd edib ki, daha ətraflı müzakirə, qarşıdakı günlərdə BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi ilə Rusiyanın müdafiə nazirliyi arasında keçiriləcək.

BMT-nin Ukrayna müharibəsində vasitəçilik rolu barədəki tənqidlərin artmasının ardınca Quterreş cari il aprelin 19-da Rusiya və Ukrayna prezidentləri Vladimir Putin ilə Vladimir Zelenskiyə məktublar göndərməklə onlarla görüşmək istədiyini bildirdi.

BMT-nin baş katibi Ukrayna müharibəsi başlanandan bəri bu böhran haqda müxtəlif fikirlər bildirmiş olsa da, bu sahədəki fəaliyyəti digər beynəlxalq hadisələrdə olduğu kimi, bir çox tənqidlərlə üzləşibdir.