AB və ABŞ-da inflyasiya göstəricisi artıb
https://azeri.sahartv.ir/news/dünya-i388766-ab_və_abŞ_da_inflyasiya_göstəricisi_artıb
Avropa Birliyində və Amerikada inflyasiya göstəricisi Ukrayna müharibəsinə görə, misli görünməmiş tərzdə artıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 04, 2022 14:44 Asia/Baku
  • AB və ABŞ-da inflyasiya göstəricisi artıb

Avropa Birliyində və Amerikada inflyasiya göstəricisi Ukrayna müharibəsinə görə, misli görünməmiş tərzdə artıb.

SəhərAzəri-nin məlumatına əsasən, Avropa mərkəzi bankı bildirib ki, Avropa Birliyində inflyasiya göstəricisi cari ilin aprel ayında 7,5 faiz artıbdır ki, bu da bu birliyin tarixində ən yüksək rəqəm hesab olunur.

Belə bir halda, 1997-ci ildən 2021-ci ilədək Avropa Birliyində orta inflyasiya göstəricisi yalnız 1,6 faiz olubdur.

Bu rəqəmlər Ukrayna müharibəsilə bağlı nigarançılıqların qızğın çağında və onun Avropa enerjisinin təmini üzərindəki təsiri və region iqtisadiyyatına təsirgöstərmə tərzi altında əldə olunubdur.

Ukrayna müharibəsi, hətta Amerikanın Rusiyadan idxal edənlərdən biri olduğu kimyəvi gübrənin qiymətinin artması Amerikada qida maddələri xüsusiyyət təşkil etməklə müxtəlif əmtəə mallarının qiymətlərinin misli görünməmiş tərzdə artmasına səbəb olubdur.