May 05, 2022 11:59 Asia/Baku
  •  Antonio Quterreş
    Antonio Quterreş

BMT-nin baş katibi deyib: Dünyadakı qida təhlükəsizliyi problemi Ukraynanın kənd təsərrüfatı məhsulları, həmçinin Rusiyanın gübrə və qida maddələri ixracatı bərpa edilmədən həll olmayacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Antonio Quterreş çərşənbə günü gecə Nigeriyanın paytaxtı Abucada müxbirlərə söyləyib: Araşdırmalar göstərir ki, Ukrayna müharibəsi vəziyyəti daha da pisləşdirir.

O, əlavə edib: Ukraynanın kənd təsərrüfatı məhsulları və Rusiyanın gübrə və qida maddələri ixracatını dünya bazarlarına qaytarmaqdan başqa, beynəlxalq qida təhlükəsizliyi problemi üçün heç bir real həll yolu yoxdur.

Quterreş sonra deyib: Bu müharibə üçtərəfli böhranın genişlənməsinə səbəb olub, zira inkişaf etməkdə olan ölkələr üçün beynəlxalq maliyyə, enerji və qida sistemlərini məhv edir.

BMT-nin baş katibi vurğulayıb ki, dünyadakı qida problemini aradan qaldırmaq məqsədilə Rusiya ilə Ukrayna arasındakı müzakirələri asanlaşdırmağa əzmkardır.

 

Teqlər