May 05, 2022 12:30 Asia/Baku
  • Pentaqon Ukrayna hərbiçilərinə təlim verir

Yüzlərlə Ukrayna hərbiçisi hazırda Qərbin artilleriya sistemlərindən, pilotsuz uçuş aparatlarından və radarlarından istifadə üzrə təlim keçir, bu barədə çərşənbə günü Pentaqonun yüksək vəzifəli nümayəndələri bildiriblər.

SəhərAzəri-nin Turan-a istinadən verdiyi məlumata görə,Təlim Avropanın bir neçə yerində keçirilir. Artıq bir qrup hərbiçi Switchblade pilotsuz uçuş aparatlarından istifadə üzrə təlim keçib.

220-dən çox ukraynalıya isə artıq Amerika artilleriyası, xüsusən 40 km-ə qədər məsafədəki hədəfləri məhv edən M777 haubitsası ilə iş təlimi verilib. Vəd edilmiş 90 haubitsa və onların 90 min gülləsi artıq Ukraynaya təhvil verilib, deyə Pentaqon nümayəndəsi bildirib.

Dövlət Departamentinin nümayəndəsi Ned Prays Turanın müxbirinə deyib ki, ABŞ-ın rolu Rusiya Federasiyasını məsuliyyətə cəlb edərək,döyüş meydanında Ukraynanı dəstəkləməkdən ibarətdir.

Teqlər