Rusiya Ukraynanın 42 hərbi mərkəzini məhv edib
https://azeri.sahartv.ir/news/dünya-i388876-rusiya_ukraynanın_42_hərbi_mərkəzini_məhv_edib
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi ötən 24 saat ərzində Ukraynaya dəymiş xəsarətləri açıqlayıb. Bildirib ki, Rusiyanın hərbi hava qüvvələri dünən Ukraynanın qırx iki hərbi mərkəzini məhv ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2022 09:27 Asia/Baku
  • Rusiya Ukraynanın 42 hərbi mərkəzini məhv edib

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi ötən 24 saat ərzində Ukraynaya dəymiş xəsarətləri açıqlayıb. Bildirib ki, Rusiyanın hərbi hava qüvvələri dünən Ukraynanın qırx iki hərbi mərkəzini məhv ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, General İqor Konaşenkov öz gündəlik hesabatında həmçinin qeyd edib ki, Ukraynanın müxtəlif bölgələrində bu ölkənin üç hərbi hava limanı yüksək dəqiqlikli raketlərlə hədəfə alınıb və məhv edilibdir. O əlavə edib ki, 210 Ukrayna hərbçisi də öldürülübdür.

Ukraynada müharibə hazırda özünün yetmiş üçüncü gününə daxil olub.

Birləşmiş Millətlər Təşkilatının statistikasına görə, bu müharibədə min səksən nəfərdən çox mülki şəxs həyatını itirib, üç milyon 700 min nəfərdən çox Ukrayna sakini də didərgin düşübdür.