Artıq 20 Avropa şirkəti "Qazprombank"da hesab açıb
https://azeri.sahartv.ir/news/dünya-i389078-artıq_20_avropa_şirkəti_qazprombank_da_hesab_açıb
"Bloomberg" xəbər agentliyinin məlumatına görə, indiyə kimi 20 Avropa şirkəti Rusiya qazını almaq üçün Qazprombank-da rubl hesabı açıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 14, 2022 13:21 Asia/Baku
  • Artıq 20 Avropa şirkəti

"Bloomberg" xəbər agentliyinin məlumatına görə, indiyə kimi 20 Avropa şirkəti Rusiya qazını almaq üçün Qazprombank-da rubl hesabı açıb.

SəhərAzəri-nin məlumatına əsasən, "Qazprom"a yaxın mənbə Bloomberg-ə bildirib ki, daha on Avropa qaz alıcısı ödənişlər üçün rubl hesabı açıb. Beləliklə Rusiya prezidentinin tələb etdiyi kimi, Rusiya qazının haqqını rublla ödəməyə hazırlaşan müştərilərin ümumi sayını iki dəfə artırıb.

Qurumdakı mənbənin bildirdiyinə görə,  ümumilikdə iyirmi Avropa şirkəti hesab açıb, daha 14 müştəri isə onların yaradılması üçün lazım olan sənədləri tələb edib.

Şirkətlərin adı hələ açıqlanmayıb. 

Martın 31-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, qeyri-dost ölkələrdən gələn alıcılar qaz tədarükünün ödənişini rublla etməlidirlər, əks təqdirdə onların qazı kəsiləcək.