May 16, 2022 11:29 Asia/Baku
  •  ABŞ 90 silahdan 89-unu Ukraynaya çatdırıb

ABŞ 155 mm-lik M777A2 haubitsalarının hamısını Ukrayna ərazisinə çatdırdı.Vəd edilmiş bütün silahlar artıq sərhədi keçib və Ukrayna ərazisindədir. Bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi məlumat yayıb.

Birləşmiş Ştatlar haubitsaların Ukraynaya təhvil verilməsini başa çatdırdı, ümumilikdə 90 silahdan 89-u təhvil verilib. Amerika səfirliyi vurğulayır ki, haubitsaların bir hissəsi artıq Donbasa çatdırılıb və döyüş əməliyyatlarında iştirak edir. Sursat haqqında heç nə deyilmir, lakin onlar da artıq Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.

M777 haubitsaları artıq fəaliyyətdədir. Bu, Ukrayna Silahlı Qüvvələrinə 800 milyon dollarlıq yardım paketinin bir hissəsidir.ABŞ-ın göndərdiyi 90 haubitsadan biri istisna olmaqla, qalan hamısı hazırda Ukraynadadır və bir çoxu artıq cəbhə xəttində yerləşdirilib.Bu barədə səfirliyin bəyanatında deyilir.

ABŞ-dan başqa, bir neçə digər qərb ölkəsi də analoji haubitsalar tədarük etməlidir, lakin hələlik onların Ukraynaya çatdırılması barədə məlumat yoxdur.

Əlavə silahların ümumi sayı iyirmidən çox olmamalıdır.

Teqlər