May 17, 2022 12:34 Asia/Baku
  • ABŞ
    ABŞ

Bazar günü (15 may) ABŞ-ın Los-Anceles şəhərində atışma nəticəsində bir nəfər həlak olub. Hadisə şəhərin böyük mərkəzi bazarının yaxınlığında baş verib və bazarda olan insanları bazarın daxili hissələrinə və zirzəmisinə sığınmağa məcbur edib.

SəhərAzəri-nin məlumatına əsasən, Los-Anceles polisinin dediyinə görə, hadisənin qurbanı xəstəxanaya aparılsa da, daha sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Polis hələ də bazar günü atışmada şübhəli bilinən şəxslərin axtarışını davam etdirirdi.

Bu hücum Buffalo şəhərindəki atışmadan bir gün sonra baş verib. Buffalo şəhərində hücumunu lentə alıb, onlayn yayımlayan ağdərili oğlan tüfənglə supermarketə daxil olaraq, ətrafdakılara atəş açıb. İrqi motivli olduğu deyilən hadisədə 10 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bazar günü Kaliforniya ştatında Los-Anceles şəhərindən 70 kilometr məsafədə yerləşən kilsədə baş verən başqa bir atışmada isə bir nəfər ölüb, dörd nəfər yaralanıb. Rayon polisinin məlumatına görə, həlak olanların hamısı Tayvan əsillidir. Hücum edən şəxs də altmış yaşlı və asiyalı bir kişidir. İbadər edənlər onu dayandırmağa və polis gələnə qədər hərəkətsiz saxlamağa nail olublar. Hücumun motivi hələlik bəlli deyil.

Teqlər