May 18, 2022 19:47 Asia/Baku
  • Avropadan İŞİD-ə maliyyə yardımı olurmuş

Fransa məhkəməsi Suriyada İŞİD terror təşkilatına maliyyə yardımı etməkdə ittiham edilən “Lafarge” sement istehsalı şirkətinə qarşı istintaqın başladılmasına icazə verib.

SəhərAzəri-nin “Anadolu” agentliyinə istinadən xəbərinə görə, şirkət “insanlığa qarşı cinayətlərdə iştirak etmək"də ittiham olunur.

Fransa Ali Məhkəməsinin 2021-ci ilin sentyabrında şirkətə qarşı bu ittihamın irəli sürülməsi ilə bağlı qərarının ardınca Paris Apellyasiya Məhkəməsi bu gün “Lafarge”a “insanlığa qarşı cinayətlərə ortaq olması” ittihamı ilə bağlı istintaqın davam etdirilməsi qərarını qəbul edib.

2017-ci ilin iyununda şirkətə qarşı başladılan təhqiqat çərçivəsində “Lafarge”ın idarə heyətinin sədri Bruno Lafont da daxil olmaqla, bir sıra rəhbər nümayəndələri “terrorizmi maliyyələşdirməkdə” ittiham olunublar.

Qeyd edək ki, Ameirka başda olmaqla qərb ölkələrinin İŞİD-in yaranması və ona maliyyə və hərbi dəstəyin verilməsindəki rolu barədə geniş analitik məlumatlar yayılmışdır. Fransa da açılan bu iş, həmin məlumatların doğru olduğuna sübutlar sırasında yer alır.

Teqlər