May 20, 2022 09:39 Asia/Baku
  • Amerikada quru süd çatışmazlığı böhranı

Amerikada quru süd çatışmazlığı böhranının ardınca bu ölkə prezidenti həmin böhranla mübarizə aparmaq üçün müdafiə istehsalı qanununa müraciət etməyə məcbur olub.

SəhərAzəri-nin məlumatına əsasən, Bütün Amerika boyu kəskin quru süd çatışmazlığı amerikalı ailələr üçün böyük bir nigarançılığa çevrilib. Bu məsələ keçən həftə Vaşinqtonda böyük bir problemə çevrildi.

Yayılan statistikalara görə, keçən həftə Amerikada quru süd məhsullarının çatışmazlığı göstəricisi, qırx üç faizə çatıb.

ABŞ prezidenti Co Bayden ölkə boyu quru süd məhsullarının kəskin çatışmazlığı ilə mübarizə apara bilmək üçün müdafiə istehsalı qanununu icra edib.

1950-ci ildə qəbul edilən müdafiə istehsalı qanunu Amerika hökumətinə/ qıtlıqla üzləşən bir əmtəə malına olan tələb və təklifi dəstəkləmək üçün fabrik və zavodlara öz istehsal həcmlərini artırmaq göstərişi vermək icazəsi verir.

Amerika hökuməti həmçinin federal səhiyyə və kənd təsərrüfatı agentliklərinə göstəriş veribdir ki, Pentaqon-un ticarət aviasiya şirkətlərilə olan müqavilələrdən istifadə ilə/ ərzaq və dərman təşkilatının təhlükəsizlik standartlarına uyğun gələn quru südü/ ABŞ xaricindən idxal etsin.

 

Teqlər