“Beyin ölümü” keçirən təşkilata yeni üzvlər lazımdır
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü NATO alyansının Finlandiya və İsveçi bu hərbi təşkilata üzv etməyə can atmasına işarə edib. Bildirib ki, “beyin ölümü” keçirən təşkilata yeni üzvlər lazımdır.
SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova əlavə edib: Təbiidir ki, alyans “beyin ölümü”nə düçar olduğu zamanadək təcili olaraq donorlara, yəni yeni üzvlərə ehtiyac duyacaq.
Zaxarova bu sözləri Fransa prezidenti Emmanuel Makronun 2019-cu ildə söylədiklərinə istinadla söyləyib.
Makron o zaman belə demişdi: NATO beyin ölümündən əziyyət çəkir; buna görə, o, yeni bir strateji doktrina irəli sürməlidir.
Finlandiya və İsveç, alyansa qoşulmaq üzrə ərizələrini çərşənbə günü, mayın 18-də Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun baş katibi Yens Stoltenberqə göndəriblər.
Finlandiya və İsveçin NATO hərbi alyansına qoşulma qərarlarının ciddi səhv olması haqda xəbərdarlıq edən Rusiya,/ Moskvanın bu sahədə tədbirlər görəcəyini bildirib.
İsveç və Finlandiyanın NATO-ya üzv qəbul edilmələri, hərbi alyansın bütün üzvlərinin razılığından asılıdır.