Dünya yeni soyuq müharibə təhdidi ilə üzləşir
https://azeri.sahartv.ir/news/dünya-i389451-dünya_yeni_soyuq_müharibə_təhdidi_ilə_üzləşir
BMT-nin baş katibi xəbərdarlıq edib ki, hazırda dünya nüvə fəaliyyətlərinə və müxtəlif problemlərə malik olan yeni soyuq müharibə təhdidi ilə üzləşir.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 25, 2022 10:18 Asia/Baku
  • Dünya yeni soyuq müharibə təhdidi ilə üzləşir

BMT-nin baş katibi xəbərdarlıq edib ki, hazırda dünya nüvə fəaliyyətlərinə və müxtəlif problemlərə malik olan yeni soyuq müharibə təhdidi ilə üzləşir.

SəhərAzəri-nin məlumatına əsasən,Antonio Quterreş Amerikanın Nyu-Cersi ştatında yerləşən Seton Hall universitetindəki çıxışı zamanı deyib: Dünya nüvə hərəkətli yeni bir soyuq müharibə təhdidi ilə üzləşməkdən əlavə, terrorizm, ekstremizm, qədim narazılıqlar kökünə malik olan ölkələrdə etnik toqquşmalarla qarşılaşır ki, bu problemlərin hər biri, dünyanın dərin bir parçalanmaya düçar olduğunu göstərir.

BMT baş katibi sonra söyləyib: İqlim dəyişiklikləri, sosial bərabərsizliklərin artması, həmçinin aclıq və xəstəliklərin genişlənməsi, dünyanın üzləşdiyi digər problemlərdəndir.

Quterreş qeyd edib ki, dünya, ötən onilliklərdə şahidi olmadığı ixtilaf və münaqişələr dalğası ilə üz-üzədir.