May 26, 2022 15:13 Asia/Baku
  • İŞİD məsuliyyəti qəbul etdi

İŞİD terror qrupu Əfqanıstanın Məzar-Şərif şəhərində baş vermiş terror partlayışının məsuliyyətini üzərinə götürüb.

SəhərAzəri-nin məlumatına əsasən, Dünən axşam Məzar-Şərif şəhərində baş vermiş üç terror partlayışı nəticəsində on nəfər ölüb, on beş nəfər də yaralanıbdır.

Partlayışlardan az sonra İŞİD terror qrupu sosial şəbəkələrdə bu qrup qüvvələrinin həmin partlayışları törətdiklərini bildirib.

Belə bir halda, dünən gecə Kabil şəhərindəki bir məsciddə bomba partlayıb. Azı iki nəfər ölüb, on nəfər də yaralanıbdır.

Əfqanıstan ötən bir ay ərzində Kabil şəhəri, həmçinin Məzar-Şərif və Qunduz məscidləri də daxil olmaqla bu ölkənin müxtəlif rayonlarında terror hücum və partlayışlarının şahidi olub. Həmin hadisələrdə onlarla nəfər ölüb və yaralanıbdır.

Əfqanıstanda yerləşən Taliban-ın müvəqqəti hökumətinin iddiasının əksinə olaraq, bu hökumət Kabil də daxil olmaqla həmin ölkənin müxtəlif şəhərlərində lazımi təhlükəsizliyi təmin edə bilməyibdir.

 

Teqlər