Amerikan senatorun etirafı
Amerikanın Virciniya ştatından olan senator, senatın xarici əlaqələr komitəsinin iclasında İranın ABŞ-a etimadsızlığının formalaşmasında tarixi hadisələrin rolunu etiraf edib.
SəhərAzəri-nin məlumatına əsasən, Tim Keyn deyib: İranlıların nöqteyi-nəzərincə, Amerika təhlükəli və etibarsızdır. Amerika 1954-cü ildə İran baş nazirinin hökumətinin devrilməsinə kömək etdi. Diktatura yolu ilə 20 il ərzində İran xalqına hökumətlik edən birinin- İran şahının hakimiyyətə gətirilməsində ABŞ-ın rolu olub. Şah devrildikdə Amerika,/ dövlət departamentinin nəsihətinin əksinə olaraq, şaha sığınacaq verdi.
Virciniya ştatından olan senator daha sonra, İrana qarşı tətbiq edilən müharibədə Amerikanın İraqı hərbi cəhətdən himayə etməsindən danışıb. Bildirib ki, ABŞ hətta İran vətəndaşlarının kimyəvi silahlarla öldürülməsində belə, rol oynayıb.
“İran Air” aviaşirkətinin 655-ci reysinə raketin atılması və 300 nəfərin öldürülməsi də bu senatorun tarixi işarələrinin digər bir hissəsi idi.
Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali də İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etdiyini etiraf edib və söyləyib ki, bundan qabaqkı ABŞ hökumətinin nüvə anlaşmasından çıxdığı zaman etiraf etdiyi kimi, İran öz öhdəliklərinə sadiq olub.