AB sionist rejimin qəsəbəsalmalarını tənqid edib
Avropa Birliyi bir bəyanatda sionist rejimin işğal edilmiş Qüdsdə və qərb sahilində sionistsakinli qəsəbəsalmalarınının davam etdirilməsini beynəlxalq qanunların aşkar şəkildə pozulması adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, İrlandiya, Fransa, Albaniya və Estoniyanın nümayəndələri Avropa Birliyinin BMT Təhlükəsizlik Şurasındakı hazırkı və keçmiş üzvləri tərəfindən yaydıqları birgə bəyanatda, sionist rejimin Qərb sahilində dörd mindən çox mənzil tikmək barədəki qərarından öz dərin təəssüflərini ifadə edib, sionist rejimin başçılarından, özlərinin bu qərarlarından geri çəkilmələrini istəyiblər.
İrlandiya Respublikasının BMT-dəki nümayəndəsi Ceraldin Birn Neyson tərəfindən oxunan bəyanatda vurğulanır ki, yeni sionistsakinli qəsəbələrin salınması «iki ölkəli» həll yolu qarşısında başqa bir maneə olacaq. Bu həmçinin sionistlərlə fələstinlilər arasında ədalətli, davamlı və hərtərəfli sülhə nail olmaq yolunda bir maneə və beynəlxalq qanunların aşkar şəkildə pozulmasıdır.