May 28, 2022 13:31 Asia/Baku
  • ABŞ Yunanıstan tankerlərinin saxlanılmasına hələlik susub

Afina ABŞ-ın göstərişi ilə İranın neft tankerini ələ keçirdikdən sonra, hazırda İran Yunanıstana məxsus iki tankeri Fars körfəzi sularında saxlayıb, Vaşinqton isə heç bir reaksiya verməməyi tərcih edib.

SəhərAzəri-nin məlumatına əsasən, hələlik hansısa mövqe tutmaqdan, məktub yazmaqdan və ya BMT-yə şikayət etməkdən xəbər yoxdur.

BMT baş katibinin sözçüsü Stiven Düjarrik də bu məsələdən yan keçib.

Amerikanın bir çox mətbuatı Yunanıstana məxsus iki tankerin İran tərəfindən ələ keçirilməsini ümumiyyətlə işıqlandırmamağa qərar veriblər.

Dünyada brent markalı neftin hər bir barreli 120 dollara çatıb, daha da yuxarı qalxır.

Afina baş verənlərlə bağlı müttəfiqlərini məlumatlandırdığını bəyan edib. Amma yalnız ABŞ-ın beşinci hərbi dəniz donanmasının komandiri əlavə izahat vermədən dəniz qüvvələrinin araşdırmaları davam etdirdiyini bildirib.

Və sükutdan başqa heç nə; ən azından indiyə kimi.

Teqlər