May 30, 2022 10:15 Asia/Baku
  • AB iki Yunanıstan tankerinin saxlanılmasına reaksiya verib

Avropa Birliyinin sözçüsü bir bəyanatda bildirib ki, bu birlik İran tərəfindən Fars Körfəzi sularında iki Yunanıstan tankerinin saxlanılması məsələsini öyrənəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Peter Stano Yunanıstanın ötən ay İran bayrağı altında olan bir gəmini saxlamaq üzrə düşmənçilik hərəkətinə toxunmadan bu sözləri söyləyib.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın ictimaiyyətlə əlaqələr şöbəsi bir məlumatda bildirib ki, Sepah-ın dəniz qüvvələri keçən həftənin cümə günü, həmişə fars olacaq Fars Körfəzinin mavi sularında, etdiyi pozuntulara görə, iki ədəd Yunanıstan tankerini saxladılar.

İranın bu addımı, Yunanıstanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilinin İran xarici işlər nazirliyinə çağırtdırılmasından və bu ölkədən, dəniz quldurluğundan çəkinməsinin istənilməsindən sonra atılıbdır.

Yunanıstan ötən ay İran bayrağı altında olan bir gəmini saxladı. Röyters iddia etmişdi ki, Yunanıstan bu gəminin neftini Amerikaya təhvil veribdir.

 

Teqlər