“Rusiya sanksiyaların ləğvi şərti ilə gübrə və ərzaq ixracına hazırdır”
https://azeri.sahartv.ir/news/dünya-i389639-rusiya_sanksiyaların_ləğvi_şərti_ilə_gübrə_və_ərzaq_ixracına_hazırdır
Rusiya prezidenti Vladimir Putin Türkiyə liderinin diqqətinə çatdırıb ki, onun ölkəsi yalnız sanksiyaların ləğvi şərti ilə gübrə və ərzaq ixracına hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2022 05:58 Asia/Baku
  • “Rusiya sanksiyaların ləğvi şərti ilə gübrə və ərzaq ixracına hazırdır”

Rusiya prezidenti Vladimir Putin Türkiyə liderinin diqqətinə çatdırıb ki, onun ölkəsi yalnız sanksiyaların ləğvi şərti ilə gübrə və ərzaq ixracına hazırdır.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin deyib: "Qərb dövlətlərinin uzaqgörən maliyyə-iqtisadi siyasətçiləri etiraf edirlər ki, Rusiyaya qarşı sanksiyaların ləğvi ilə Rusiyanın əhəmiyyətli həcmdə gübrə və kənd təsərrüfatı məhsulları ixrac oluna bilər". 

Həmçinin Putin Ərdoğanla söhbətində Rusiyanın Türkiyə ilə razılaşdırılmış şəkildə malların maneəsiz dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib.

Kremlin mətbuat xidməti bildirir ki, söhbət zamanı Ukraynadakı vəziyyət müzakirə edilərkən Qara və Azov dənizlərində təhlükəsiz naviqasiyanın təmin edilməsi, onların sularında mina təhlükəsinin aradan qaldırılması məsələləri vurğulanıb. Vladimir Putin Rusiya tərəfinin türk tərəfdaşları ilə razılaşdırılaraq malların maneəsiz dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib və deyib ki, bu, Ukrayna limanlarından taxıl ixracına da aiddir.