Lavrov: Qərb Ukrayna bəhanəsi ilə status-kvonu qorumağa çalışır
https://azeri.sahartv.ir/news/dünya-i389691-lavrov_qərb_ukrayna_bəhanəsi_ilə_status_kvonu_qorumağa_çalışır
Rusiyanın xarici işlər naziri bildirib ki, Qərb ölkələri mövcud dünya nizamını qorumaq üçün Ukraynadakı vəziyyətdən bəhanə kimi istifadə edərək, digər ölkələri öz tərəflərinə çəkməyə çalışırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2022 09:57 Asia/Baku
  • Lavrov: Qərb Ukrayna bəhanəsi ilə status-kvonu qorumağa çalışır

Rusiyanın xarici işlər naziri bildirib ki, Qərb ölkələri mövcud dünya nizamını qorumaq üçün Ukraynadakı vəziyyətdən bəhanə kimi istifadə edərək, digər ölkələri öz tərəflərinə çəkməyə çalışırlar.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn İbrahim Taha ilə görüşündə deyib: "Çoxqütblü dünyanın formalaşması gedir və qərbli həmkarlarımız bu proseslərin qarşısını almağa çalışırlar".

Lavrov daha sonra deyib: "Qərblilər öz dominantlıqlarını saxlamaq və bütün regionlara yaymaq istəyirlər. Onlar Ukraynadakı və onun ətrafındakı situasiyadan bəhanə kimi istifadə edərək, bütün digər ölkələri öz bayraqları altına gətirməyə çalışırlar".

Lavrov qeyd edib ki, hazırkı vəziyyət Avropada uzun illərdir yığılan dərin problemləri əks etdirir, ilk növbədə NATO ölkələrinin Sovet İttifaqına verdikləri alyansı şərqə doğru genişləndirməmək vədini yerinə yetirməkdən imtina etməsi ilə bağlıdır.

"Ümid edirəm ki, Qərb tərəfdaşlarımız da müəyyən mərhələdə dünya problemlərini nəzərdən keçirmək, onların beynəlxalq ictimaiyyət tərəfindən diktə əsasında deyil, BMT-nin nizamnaməsinin prinsipləri əsasında gələcək inkişaf yollarını razılaşdırmaq zərurətini dərk edəcəklər", - deyə Rusiyanın xarici işlər naziri vurğulayıb.