Zelenski Qərb kəşfiyyat orqanları tərəfindən öldürülməkdən qorxur
https://azeri.sahartv.ir/news/dünya-i389802-zelenski_qərb_kəşfiyyat_orqanları_tərəfindən_öldürülməkdən_qorxur
Ukrayna prezidenti Vladimir Zelenski əvvəllər Rusiya qüvvələrinin onu öldürməyə cəhd etdiyini iddia etsə də, indi Zelenskinin Qərb müttəfiqləri və ya hətta Ukrayna ordusu tərəfindən qətlə yetirilməsi riskinin daha yüksək olduğu deyilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2022 13:09 Asia/Baku
  • Zelenski
    Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski əvvəllər Rusiya qüvvələrinin onu öldürməyə cəhd etdiyini iddia etsə də, indi Zelenskinin Qərb müttəfiqləri və ya hətta Ukrayna ordusu tərəfindən qətlə yetirilməsi riskinin daha yüksək olduğu deyilir.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna parlamenti-Radanın keçmiş deputatı İlya Kiva öz Teleqram kanalında yazıb: "Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna hərbçilərinin sui-qəsd cəhdindən ehtiyat edərək, şəxsi təhlükəsizliyini gücləndirməyi tapşırıb".

O, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Zelenskinin hərbi əməliyyatlara səmərəsiz rəhbərlik etməsindən narazıdır, onun göstərişləri şəxsi heyət arasında itkilərə və döyüş meydanında Ukrayna qoşunlarının məğlubiyyətinə səbəb olur.

"Zelenski həm də Ukraynanın uğursuzluğu və itkisi haqqında danışmağa başlayan müttəfiq ölkələrin xüsusi xidmət orqanları tərəfindən öldürülməkdən qorxur", - deyə Kiva Telegram kanalında yazıb. 

 Ukraynalı siyasətçi, həmçinin qeyd edib ki, Qərb ölkələri belə qənaətə gəlməyə başlayıblar ki, keçmiş Sovet respublikası ərazisində silahlı qarşıdurmaya son qoymaq onların maraqlarına uyğundur və Zelenskinin fiziki məhvi hadisələrin belə inkişafı üçün ən sürətli vasitə olacaq.