Entoni Blinken Rusiyanı Ukrayna taxılını oğurlamaqda ittiham edib
ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynanın taxılını oğurlamaqda və qazanc məqsədilə satmaqda ittiham edib.
SəhərAzəri-nin məlumatına əsasən, Qərb ölkələri iddia edir ki, Rusiya Ukraynaya dəniz blokadası tətbiq etməklə taxıl ixracının azaldılmasına görə məsuliyyət daşıyır; Rusiyanın təkzib etdiyi iddia.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu yaxınlarda bildirib ki, Qərbin Rusiyanın xarici gəmilərin Qara dəniz və Azov dənizindən çıxmasına mane olması ilə bağlı bəyanatları əsassızdır, çünki Moskva hər gün humanitar dəhlizlər açır, lakin Ukrayna rəsmiləri əməkdaşlıqdan imtina edirlər.
ABŞ dövlət katibi Antoni Blinken bazar ertəsi günü ABŞ Dövlət Departamentində Ukraynaya təcavüzdən irəli gələn ərzaq təhlükəsizliyi məsələlərinə həsr olunmuş konfransda, Rusiyanın taxıl yığdığını və ehtikar etdiyini iddia edərək, deyib: "Ukrayna müharibəsi qlobal ərzaq təhlükəsizliyinə dağıdıcı təsir göstərir, çünki Ukrayna dünyanın çörək səbətlərindən biridir".
Blinken iddia edib ki, hazırda Qara dənizdə Rusiya donanmasının blokadası Ukraynanın məhsullarının normal təyinat yerlərinə daşınmasına mane olur.
Blinkenin açıqlamaları elə bir haldadır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bundan əvvəl demişdi ki, Qərb Rusiya taxılını daşıyan gəmilərin sanksiyalara məruz qalmasına susur. Onlar Avropa limanlarında qəbul edilmir, sığortalanmırlar və prinsipcə, dünya bazarlarına taxıl tədarükü ilə bağlı olan bütün logistika və maliyyə zəncirləri Qərb tərəfindən sanksiyaya məruz qalıb
Lavrov vurğulayıb ki, Rusiya dünya bazarlarını taxılla təmin etməyə hazırdır.
Rusiya prezidenti Vladimir Putin də deyib ki, Rusiya sanksiyaların ləğvi şərti ilə gübrə və ərzaq ixracına hazırdır.
Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya bu yaxınlarda bildirib ki, ölkəsi taxılın Odessa limanından keçməsi üçün dəhliz açıb, lakin Ukrayna qüvvələrinin minalaması səbəbindən gəmilər limanı tərk edə bilmir.