Dünya Bankından xəbərdarlıq
Dünya Bankı özünün son hesabatında dünya iqtisadiyyatının ötən əsrin 70-ci illərindəki beynəlxalq iqtisadi durğunluq vəziyyətinə qayıdışı haqda xəbərdarlıq edib. Bildirib ki, Ukrayna müharibəsi və koronavirus pandemiyası bu durğunluğun şiddətlənməsinə səbəb olubdur.
SəhərAzəri-nin məlumatına əsasən, Dünya Bankı dünya ölkələrinin ötən altı aydakı iqtisadi durumu barədə olan ən yeni hesabatında bildirib ki, dünyadakı hazırkı durğunluq və inflyasiya ötən əsrin 70-ci illərindəki analoqlardan iki dəfə pisdir.
Dünya Bankı bu hesabatda qeyd edib ki, əksər dünya ölkələrində iqtisadi durğunluq və inflyasiya dörd faizə də çatacaqdır.
Dünya Bankının prezidenti Devid Malpass deyib: Ukraynada müharibə, Çində karantin və qida maddələrinin təmini halqasında pozğunluq- bütün bunların hamısı, dünya ölkələrindən bir çoxunun bu il kəski iqtisadi durğunluq və inflyasiya ilə üzləşməsinə səbəb olubdur.