İyun 08, 2022 09:35 Asia/Baku
  • AB-nin İran barədə bəyanatı

Avropa Birliyinin Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi agentliyin direktorlar şurasının «BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin spektrində İrana nəzarət və həqiqətin yoxlanılması» mövzulu iclasında iddia edib ki, Avropa ölkələri nüvə anlaşmasını qorumaq üçün dünya ictimaiyyətilə həmkarlıq edirlər.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın və üç Avropa ölkəsi- İngiltərə, Fransa və Almaniyanın anti-İran bəyanatı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasına təqdim edilib.

Bəyanatda deyilir: Avropa Birliyi bütün ölkələri BMT Təhlükəsizlik Şurasının 2015-ci il/ 2231 saylı qətnaməsinə uyğun gələn bu razılaşmanın icrasına dəstək verməyə çağırır.

Bəyanatda sonra deyilir: Avropa Birliyi nüvə anlaşması üzrə birgə komissiyadakı sıx diplomatik səyləri, həmçinin nüvə anlaşmasının koordinatoru kimi Avropa Birliyinin ali nümayəndəsinin/ Birləşmiş Ştatların nüvə anlaşmasına qayıdışı və bu anlaşmanın bütün öhdəliklərinin Amerika və İran tərəfindən tam şəkildə icrasının bərpa edilməsi istiqamətində bütün əlaqədar ortaqlarla təmaslarını himayə edir.

Avropa Birliyinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasının iclasında İran barədə bəyanat yaymasının fonunda qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan ötən cümə günü Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə söhbətdə xəbərdarlıq etmişdi ki, agentlikdə atılacaq hər hansı siyasi addım, İran İslam Respublikasının mütənasib, təsirli və təcili reaksiyası ilə üzləşəcək.

Qərb ölkələri, xüsusən Amerika/ Vyana müzakirələrindəki fasilədən sonra öz media və psixoloji əməliyyatlarının davamında nüvə anlaşmasının bərpası istiqamətindəki öhdəliklərinə əməl etmək yerinə, İranı müqəssir göstərmək üçün fərqli əsaslandırmalara söykəniblər.

 

Teqlər