İyun 08, 2022 14:05 Asia/Baku
  • Amerikan qadının etirafı

Sən demə, Suriyada İŞİD qadınları batalyonunun komandanı olmuş ABŞ-ın Kanzas ştatından olan bir amerikan qadın, yüzdən çox qadın İŞİD döyüşçüsünə təlim keçdiyini etiraf edib.

SəhərAzəri-nin məlumatına əsasən, Bu qadın həmçinin etiraf edibdir ki, Amerikada bir universitetə hücum üçün plan cızmaqda imiş.

Məhkəmə işlərində bir ana və müəllim kimi qeyd edilən 42 yaşlı Elison Flok-Akrin sonuncü dəfə 2011-ci il yanvarın səkkizində Amerikada olub. Ondan sonra Misirə və Liviyaya səfər edib. Nəhayət 2014-cü ildə Suriyada yerləşibdir.

Elison çərşənbə axşamı günü məhkəmədə bir Amerika universitetində bomba yerləşdirəcəyini etiraf edib.

Elison Flok-Akrin Obrok Keys-in etiraflarına və sənədlərə əsasən, bu plan bir zaman İŞİD terror qrupunun keçmiş rəhbəri Əbu-Bəkr Əl-Bəğdadiyə təqdim edilmiş, sonda isə kənara qoyulmuşdu.

 

Teqlər