Texasdan olan 11 yaşlı məktəblinin rəvayəti
ABŞ-ın Texas ştatının Yuvaldi şəhərindəki bir məktəbdə baş verən atəşaçmadan salamat qurtarmış on bir yaşlı məktəbli ABŞ konqresi qarşısında şəhadət verərkən deyib ki, bu qırğından salamat qurtarmaq üçün ölmüş sinif yoldaşının qanını öz bədəninə sürtübdür.
SəhərAzəri-nin məlumatına əsasən, Bu məktəblinin insan varlığını silkələyən şəhadəti, bəzi konqresmenləri ağladıbdır.
On bir yaşlı Miya Krilo öz müəlliminin öldüyü anı bu cür açıqlayıb; hücumçu ona «gecən xeyrə qalsın» deyib, başına atəş açdı.
Amerika konqresinin nümayəndələrindən bir qrupunun qarşısında Miyanın öncədən yazılmış şəhadəti, konqresi silah alverinə nəzarət sahəsində tədbir görməyə təşviq etmək istiqamətində bəyan edilmiş şokedici şəhadətlərin bir hissəsi idi.
Miya konqresi qarşısındakı şəhadətində deyib ki, hücumçu sinif otağına girdikdən sonra onların müəllimlərini öldürdü. Şagirdlər də çantalar və partaların arxasına sığındılar.
Qəlpə zərbələri nəticəsində başı və çiynindən yaralanmış Miya söyləyib: Hücumçu sinif otağından çıxdıqdan sonra fikirləşdim ki, geri dönə bilər. Ona görə, sinif yoldaşımın qanını hər yerimə sürtdüm.
Ötən ay Texas ştatının Yuvaldi şəhərində yerləşən ibtidai bir məktəbdə baş vermiş atəşaçmada iyirmi bir nəfər həyatını itirdi. Onların on doqquz nəfəri yeddi yaşından on yaşınadək olan məktəbli olubdur.
Silah istehsalçılarının, bu silahların istehsalı və satışından gələn bol-bol mənfəətlərə görə, Amerikada sərbəst şəkildə silahgəzdirməni himayə etmələri, nəinki dünya səviyyəsində bu ölkənin militarist siyasətinə, həm də Amerikanın özündə hər il minlərlə nəfərin silah kartellərinin mənfəətpərəstliklərinin qurbanı olmasına bais olubdur.