Mobil telefonlar üçün bir növ şarj cihazı təqdim ediləcək
https://azeri.sahartv.ir/news/dünya-i389986-mobil_telefonlar_üçün_bir_növ_şarj_cihazı_təqdim_ediləcək
Avropa Birliyi smartfonlar üçün şarj cihazının düzəldilməsi haqda qərar qəbul edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2022 10:00 Asia/Baku
  • şarj cihazı
    şarj cihazı

Avropa Birliyi smartfonlar üçün şarj cihazının düzəldilməsi haqda qərar qəbul edib.

SəhərAzəri-nin məlumatına əsasən, Bu qərara əsasən, 2024-cü ilədək bazara bütün mobil telefonlarda istifadə oluna biləcək yalnız bir növ şarj cihazı təqdim ediləcək.

Deyilənlərə görə, smartfonlarla bağlı digər elektrik vəsaitləri də bu qanuna tabe olmalıdırlar.

Bu işdə məqsəd, elektrik tullantılarının azaldılmasıdır.

Bu qərarın xas olaraq, Apple şirkətinə zərbə vuracağı ehtimal edilir.

Apple şirkətinin rəsmiləri deyirlər ki, bu qərar dizaynda yaradıcılığın itirilməsinə səbəb olacaq, həmçinin hazırkı şarj cihazlarının kənara qoyulmasının özü də tullantının yaranmasına gətirib çıxaracaq.

Amma Avropa rəsmiləri inanırlar ki, uzaq perspektivdə bu elektrik məhsulları ilə bağlı tullantılar azalacaqdır.