Tramp: Amerika süqut etməkdədir
Amerikanın keçmiş prezidenti Donald Tramp demokratların rəhbərlik etdikləri bu ölkənin süqut və məhv olmaqda olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, “Independent” qəzetinin məlumatına görə, Donald Tramp həmçinin demokratları, ictimai rəyi ölkənin üzləşdiyi bir sıra daxili problemdən yayındırmaq üçün tədqiqat komitəsinin əyani dinləmə iclaslarını keçirməkdə ittihamlandırıb.
Trampın/ “Amerikanın qurtuluşu” adlı siyasi fəaliyyət komitəsi tərəfindən yayımlanan on iki səhifəlik bəyanatında deyilir: Qüdrətin əlindən çıxdığını görən hökumət, bacardığı qədər ondan möhkəm-möhkəm yapışmağa çalışır. Ölkəmiz uçuruma doğru gedir. Amerikalılar qaz çənlərini doldurmağa, körpələrinə yemək verməyə, uşaqlarını oxutdurmağa, işə düzəlməyə, alış sifarişi verməyə, sərhədlərimizi hücumlardan qorumağa çalışırlar. Yüz faiz/ saxta seçkilər yolu ilə hakimiyyətə gəlmiş demokratların/ yaratdıqları digər fəlakətlər toplusu mövcuddur. Xalqımız qəzəbli və narahatdır.
Trampın 12 səhifəlik bəyanatının başqa bir hissəsində deyilir: 6 Yanvar hadisələrindən 17 ay sonra demokratlar həll yolu təqdim etməyə qadir deyillər. Onlar hətta ifrat solçuların fəaliyyətlərindən irəli gələn cəmi bir neçə ay bundan qabaq baş vermiş dağıntı və ölümə işarə etmədən məğlubiyyətə uğramaqda olan bir ölkənin hekayətini dəyişməyə faydasız şəkildə səy göstərirlər. Yanılmasınlar, onlar hökumətə nəzarət edirlər. Onlar bu fəlakətin sahibləridirlər. Onlar ümid edirlər ki, bu dinləmə iclasları uzaq perspektivdə onların uğursuzluqlarını bir təhər dəyişəcək.
Trampın bəyanatı ABŞ konqresinin nümayəndələr palatasının 2021-ci il yanvarın 6-da konqres binasına olmuş hücumu araşdıran xüsusi komitənin bazar ertəsi günü keçirilən ikinci dinləməsində əvvəlki iclasda olduğu kimi, ABŞ-ın keçmiş rəsmiləri və Trampın həmkarlarının ifadələrinin videolarını yaydığı bir vaxtda yayılıb. Bu komitə həmin ifadələri «çevrilişə cəhd» iddiasına dəstək üzrə faktlar hesab edir.