İyun 16, 2022 19:25 Asia/Baku
  • Pakistan
    Pakistan

Pakistan hökumətinin nazirlərindən biri bu ölkə xalqından istəyibdir ki, iqtisadi böhrana görə, az çay içsin.

SəhərAzəri-nin məlumatına əsasən,Pakistanın proqramlaşdırma naziri Əhsən İqbalın sözləri geniş tənqidlərlə üzləşib.

Pakistan dünyada ən iri çay idxalatçılarındandır. Bu içki bu 220 milyon nəfərlik ölkədə varlılar və yoxsullar arasında böyük sevgiyə malikdir və hökumət çay idxalı üçün hər il mərkəzi bankın valyuta ehtiyatlarından təxminən 600 milyon dollar xərcləyir.

Deyilənlərə görə, hər pakistanlı orta hesabla gündə minimum üç fincan çay içir.

İmran xanın kənarlaşdırılmasından sonra cari ilin aprel ayında hakimiyyətə gəlmiş hazırkı baş nazir Şahbaz Şərif ölkənin xəstə iqtisadiyyatını yaxşılaşdıracağını və Beynəlxalq Valyuta Fondunun altı milyard dollarlıq yardım paketini bərpa etmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyini vəd edib. Bununla belə, Əhsən İqbalın tələbi çoxlarını təəccübləndiribdir.

 

Teqlər