İyun 19, 2022 13:20 Asia/Baku
  • ABŞ hava limanları
    ABŞ hava limanları

Amerikanın nəqliyyat nazirliyi bildirib ki, yanacaq qiymətlərinin artmasına görə, hava yolları şirkətləri donanmasının fəaliyyətinin dayandırılması, bu ölkənin hava limanlarında minlərlə sərnişinin çaş-baş qalmasına səbəb olubdur.

SəhərAzəri-nin məlumatına əsasən, Belə bir halda, ABŞ energetika nazirliyi də bildiribdir ki, dünyada neft qiymətinin artmasının ardınca bu ölkədə benzinin qiyməti artıb və tarixdə ən yüksək rəqəmə çatıbdır. Benzinin qiyməti, 3,8 litrlik hər gallonda beş dolları ötüb keçməklə, yanacaq xərci inflyasiyasını daha da yüksəldibdir.

Co Bayden ötən aylar ərzində benzin qiymətinin artmasının siyasi nəticələrin qarşısını almağa çalışsa da, enerji qiymətlərinin artması, onun hökuməti üçün bir kabusa çevrilibdir.

ABŞ prezidenti Ukrayna müharibəsi ilə eyni zamanda, qiymətlərin durmadan artmasına və tarixi inflyasiyaya görə, öz ölkəsində böyük təzyiq altındadır və hər an bu iqtisadi böhranın miqyası genişlənir.

Amerikanın nəqliyyat nazirliyi bildiribdir ki, bir çox aviaşirkət pandemiyaya, pis iqtisadi duruma və yanacaq qiymətlərinin artmasına görə, öz işçilərini ixtisar edib və bununla, ekipaj çatışmazlığına bais olub və hər gün minlərlə uçuş gecikmə ilə üzləşir.

Bu məsələ Amerikadakı aviaşirkətlərin son bir neçə ildə mənfəət əldə edə bilməmələrinə səbəb olub.

Digər tərəfdən, yay fəslinin və tropik fırtınalar mövsümünün yaxınlaşması ilə hava yolları şirkətləri dəqiq proqramlaşdıra apara bilməyiblər.

Amerika nəqliyyat nazirliyinin bildirdiyinə görə, mövcud vəziyyətin qarşıdakı həftələrdə yaxşılaşması gözlənilmir. Səyahətlərə tələbat artmaqdadır. Ekspertlər reyslərin təxirə salınacağı və ləğv ediləcəyi, həmçinin sərnişinlərin çaşqınığının davam edəcəyini bildirirlər.

Bu vəziyyət Amerikadan əlavə, bütün Avropada da mövcud olacaq və daha da pisləşəcəkdir.

Həmçinin bu gün iki min reys təxirlə həyata keçirilib, üç yüz reys isə ləğv edilibdir.

 

Teqlər