İnternet şirkətləri təhlükəli casus proqramını yaymağa kömək edirlər
-
İnternet
Google xəbərdarlıq edib ki, internet provayderləri təhlükəli casus proqramını yaymağa kömək ediblər, hansı ki, İtaliya və Qazaxıstanda qurbanları olub.
SəhərAzəri-nin məlumatına əsasən, Google çoxlu qurbanları olan və iPhone və Android istifadəçilərinin həssas məlumatlarını oğurlayan mürəkkəb yeni casus proqramının yayılması barədə xəbərdarlıq edib.
Google-ın Təhlükələrin Təhlili Qrupu bildirib ki, casus proqram təminatı İtaliyanın RCS Labs şirkəti tərəfindən hazırlanıb və şirkət bu məhsulu dünya üzrə müştərilərinə kommersiya məhsulu kimi satır.
Bu casus proqram Hermit adlanır və ilk dəfə Look Out Təhlükəsizlik İnstitutu tərəfindən müəyyən edilib. Casus proqram ilk dəfə 2019-cu ildə İtaliya hakimiyyəti tərəfindən korrupsiyaya qarşı mübarizə üçün istifadə edilib, lakin indi ondan sui-istifadə edilir və müxtəlif şəxslər tərəfindən ələ keçirilib.