ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvi zərurətinə təkid
BMT-nin baş katibi BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin icrası ilə bağlı on üçüncü hesabatında Amerikanın İrana qarşı birtərəfli nüvə sanksiyalarının ləğvi və İranın nüvə anlaşmasının iqtisadi məziyyətlərindən bəhrələnməsinin zəruriliyini vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Antonio Quterreş həmçinin öz hesabatında bütün tərəflərin nüvə anlaşmasına uyğun şəkildə öz öhdəliklərinə qayıtmaları üçün aparılmış danışıqlar formasındakı diplomatik fəaliyyətləri alqışlayıb və məsələ ilə bağlı tərəflər arasında sıx və səmərəli həmkarlıq barədə xahiş irəli sürübdür.
Antonio Quterreş xüsusi olaraq, nüvə anlaşmasının bərpası prosesini asanlaşdıra biləcək İranın neft sahəsi ilə bağlı sanksiyaların aradan qaldırılması barədə Amerikadan olan xahişini təkrar edibdir.
İran İslam Respublikası dəfələrlə təkid edibdir ki, bütün sanksiyaların ləğv və onun nüvə anlaşmasındakı bütün mənfəətlərindən yararlanması şərtilə, anlaşmanın digər tərəfləri vasitəsilə nüvə anlaşması öhdəliklərinin icra olunacağı halda, anlaşmanın tam şəkildə icra olunmasına geri dönəcəkdir.