Rusiyanın hərbi əməliyyatlarının bitməsi Ukraynanın təslim olmasına bağlıdır
https://azeri.sahartv.ir/news/dünya-i390604-rusiyanın_hərbi_əməliyyatlarının_bitməsi_ukraynanın_təslim_olmasına_bağlıdır
Kremlin sözçüsü bildirib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları bu ölkə təslim olan kimi başa çatacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2022 15:23 Asia/Baku
  • Rusiyanın hərbi əməliyyatlarının bitməsi Ukraynanın təslim olmasına bağlıdır

Kremlin sözçüsü bildirib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları bu ölkə təslim olan kimi başa çatacaq.

SəhərAzəri- Hazırda Ukrayna müharibəsindən dörd aydan çox bir vaxt keçir.

Rusiya Donbasda bu müharibəyə Ukraynanı silahsızlaşdırmaq məqsədilə və Donetsk və Luqansk bölgələri başçılarının xahişi ilə başladı. ABŞ və Qərb ölkələri də Kiyevə silahlar göndərməklə savaşı qızışdırıblar.

Rusiya xəbərdarlıq edibdir ki, Amerika və Avropanın Ukraynaya verdikləri hərbi silah və sursatlar bu ölkədəki münaqişənin şiddətlənməsinə bais olur və gözlənilməz nəticələrə gətirib çıxaracaq.

Kremlin sözçüsü Dmitri Peskov bu gün həmçinin Ukraynanın başçılarından istəyibdir ki, ukraynalı hərbçilərə öz silahlarını yerə qoymaq və təslim olmaq barədə göstəriş versinlər.

Moskva Ukrayna qüvvələrinin bu ölkənin şərqindəki rus mənşəli sakinlərə hücum etmələri, insan hüquqlarına diqqətsizlik, eləcə də Ukraynanı silahlandırmaları haqda dəfələrlə Qərb ölkələrinə xəbərdarlıq edibdir.

Ötən illər ərzində Ukrayna hökumətinə geniş hərbi və maliyyə dəstəkləri verən Qərb ölkələri, xüsusilə Amerika bu ölkədə döyüşlər başlandıqdan sonra da muzdlular göndərməyin kənarında Kiyevə öz himayələrini davam etdirdilər.