İyun 30, 2022 15:46 Asia/Baku
  • Texas
    Texas

Amerika miqrasiya idarəsinin rəsmiləri bu ölkənin Texas ştatının San-Antonio şəhərində bir treylerdə tapılmış mühacir faciəsi qurbanlarının sayının 53-ə çatdığını bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Texas ştatında həbsdə olan onlarla mühacirin ölüm faciəsi Ağ Ev-in qanunsuz mühacirlər böhranını düzgün idarə etməməkdə ittiham edilməsinə səbəb olub.

Meksika sərhədindən 240 kilometr aralıda, Texas ştatının San-Antonio şəhərinin cənub-qərbində, dəmir yolu xəttinin kənarında buraxılmış treylerin dar konteynerində onlarla cəsədin tapılması ona dəlalət edir ki, demokratlar Tramp administrasiyasının yerinə hakimiyyətə gəldikdən sonra əhatəli bir böhranın təkcə simasını dəyişiblər.

İl yarım bundan əvvəl, Amerikanın yaşı keçmiş prezidenti Co Bayden öz fəaliyyətinin əvvəlində Tramp divarı adlandırılan Meksika ilə sərhəd divarı layihəsinin icrasının dayandırılması haqda fərman verib, üstüörtülü şəkildə özündən qabaqkı hökumətin anti-miqrasiya proqramlarını dayandırarkən daha çox qanunsuz mühacir Birləşmiş Ştatların ərazisinə hücum çəkdi. Ona görə, Texasın qubernatoru Qreq Ebbott son tragediyanın günahını Co Baydenin üstünə atıb və onun hökumətinin sərhəd siyasətlərinin/ bu ölümlərdə məsuliyyət daşıdığını bildirib.

Amerika miqrasiya idarəsinin rəsmiləri çərşənbə günü bildirdilər ki, San-Antoniodakı treylerdə ventilyasiya sisteminin olmamasına və havanın isti olmasına görə, miqrantlar faciəsi qurbanlarının sayı 53-ə çatıbdır.

On bir digər mühacir hələ də xəstəxanada yatır. Onlardan bəzilərinin cismani durumu ağır elan edilibdir.

Bundan öncə hadisə qurbanlarının sayı əlli nəfər elan olunmuşdu.

 

Teqlər