İyul 02, 2022 11:59 Asia/Baku
  • Rusiya Avropa Şurası ilə bir sıra sazişlərdən çıxır

Rusiya baş naziri Mixail Mişustinin fərmanı ilə ölkə Avropa Şurası ilə bir sıra sazişlərdən çıxıb.

SəhərAzəri-nin məlumatına əsasən, fərmana əsasən, Rusiya Avropa Şurasının narkotik və narkomaniya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq qrupundan, təbii fəlakətlərin qarşısının alınması və mühafizəsi üzrə əməkdaşlıq sazişindən çıxacaq.

Bundan əlavə, Rusiya bundan sonra Avropa Şurasının mədəniyyətə dəstək fondunda və Avropa Audiovizual Rəsədxanasında iştirak etməyəcək.

Rusiya 26 il əvvəl Avropa Şurasına üzv olub və 1996-cı ildən bu ölkə Şura ilə bir neçə müqavilə imzalayıb.

Ukraynada müharibənin başlaması ilə əlaqədar Rusiya ilə Avropa ölkələri arasında gərginliyin artması fonunda Moskva martın 15-də Avropa Şurasından çıxmaq prosesinə başlayıb.

Rusiyanın Ukraynaya hücumundan sonra Moskva ilə Avropa arasında gərginlik artıb, beləki Avropa ölkələri Rusiyaya qarşı geniş sanksiyalar tətbiq ediblər və Moskva da buna qarşılıq verib. 

Teqlər