Zelenski: Ukrayna Lisiçanskı geri almaq üçün Rusiya ilə döyüşləri davam etdirəcək
https://azeri.sahartv.ir/news/dünya-i390803-zelenski_ukrayna_lisiçanskı_geri_almaq_üçün_rusiya_ilə_döyüşləri_davam_etdirəcək
Ukrayna prezidenti həftənin əvvəlində Luqansk vilayətinin Lisiçansk şəhərini tərk edən qüvvələrini Rusiya ordusu ilə döyüşmək üçün geri qaytaracağını bildirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 04, 2022 07:39 Asia/Baku
  • Zelenski
    Zelenski

Ukrayna prezidenti həftənin əvvəlində Luqansk vilayətinin Lisiçansk şəhərini tərk edən qüvvələrini Rusiya ordusu ilə döyüşmək üçün geri qaytaracağını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, "Lisiçansk"a nəzarət rus qüvvələrinin əlinə keçdikdən sonra Ukrayna prezidenti Volodimir Zelenski bazar günü Ukrayna qüvvələrinin yenidən toplanaraq Lisıçanskdakı rus qoşunlarına qarşı döyüşmək üçün qayıdacaqlarına söz verib.

"Hill" vebsaytının məlumatına görə, Zelenski həmişəki kimi videoklip şəklində lentə alınan axşam müraciətində Ukrayna qoşunlarının həftənin əvvəlində Lisiçanskı tərk etdiyinə toxunaraq, qeyd edib ki, Qərbdən gələn müasir silahların ən son təchizatı onlara çox kömək edəcək.

O, qoşunlarının Lisiçanskdan geri çəkilməsi ilə bağlı deyib: "Əgər ordumuzun komandanlığı düşmənin ən çox atəş üstünlüyünə malik olduğu cəbhənin müəyyən nöqtələrindən insanları çıxarırsa, xüsusən də bu, Lisiçanska aiddir, bu, yalnız bir şey deməkdir: biz öz taktikamız sayəsində, müasir silahların tədarükünün artırılması sayəsində geri dönəcəyik".