Kremlin: Türkiyədə Rusiya gəmisinin ələ keçirilməsindən xəbərimiz yoxdur
Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib ki, Kremlin Türkiyədə Rusiya taxıl gəmisinin saxlanılması ilə bağlı məlumatı yoxdur.
SəhərAzəri-nin məlumatına əsasən, Peskov deyib: Kremldə belə bir məlumatımız yoxdur. Düşünürəm ki, məsələni Nəqliyyat Nazirliyi və ya Xarici İşlər Nazirliyindən sorşmalıyıq. Çünki, Türkiyə tərəfi, əlbəttə gəminin saxlandığı təqdirdə, bu barədə səfirliyimizə və baş konsulluğumuza məlumat verməlidir"
Bu rus rəsmisi, həmçinin Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasına baş verən qanlı iğtişaşlarla bağlı bunu Daşkəndin daxili məsələsi adlandırıb.
Kremlin sözçüsü bildirib ki, Rusiya Özbəkistanı dost ölkə hesab edir və onun hakimiyyətinin bu məsələni həll etməyə çalışacağına şübhə etmir.