İyul 06, 2022 17:59 Asia/Baku
  • Conson yeni nazirləri təqdim edib

İngiltərədə bir neçə nazirin istefasından sonra bu ölkənin baş naziri Boris Conson yeni nazirləri təqdim edib.

SəhərAzəri-nin məlumatına əsasən, Stiv Barkli səhiyyə naziri, "Mişel Donlan" isə təhsil naziri təyin edilib. Conson, həmçinin əvvəllər təhsil naziri olmuş Nadim Zahavini yeni maliyyə naziri təyin edib.

Çərşənbə axşamı Britaniyanın ən yüksək vəzifəli iki naziri kabinetdən istefa verib

Səhiyyə naziri Sacid Cavid və maliyyə naziri Rishi Sunak çərşənbə axşamı bir-birindən bir neçə dəqiqə sonra öz Tvitter səhifələrində istefalarını elan ediblər.

Bu iki istefadan əvvəl Boris Conson hökuməti Mühafizəkarlar Partiyasının sədr müavini və Parlamentdə Mühafizəkar deputatların fəaliyyətinə nəzarət etməkdən məsul olan "Kris Pinçer"in istefası macərasında davranışına görə tənqid atəşinə tutulmuşdu.

Pinçer keçən həftə şəxsi üzvlərin klubunda iki qadın qonağa qarşı cinsi zorakılıqla bağlı qalmaqaldan sonra vəzifəsindən istefa verdi. O, Consona göndərdiyi məktubda qonaqlıq gecəsi çox sərxoş olduğunu və özünü və başqalarını utandırdığını bildirib.

Teqlər