İyul 11, 2022 12:30 Asia/Baku
  •  Marin Le Pen
    Marin Le Pen

Fransanın sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna-Rusiya müharibəsi başlayandan bəri qərblilər sanksiyaların təzyiqini gücləndirərək, media müharibəsi ilə yanaşı Ukraynanı yüngül və ağır silahlarla təchiz etməklə münaqişəni qızışdırıblar.

Moskva dəfələrlə bəyan edib ki, Ukraynaya Qərb silahlarının göndərilməsi yalnız münaqişəni uzadacaq.

"RT"nin məlumatına görə, Fransa parlamentinin üzvü Le Pen bazar günü verdiyi açıqlamada Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını "tamamilə səmərəsiz" adlandırıb.

Fransanın sağçı Milli Ralli partiyasının lideri deyib: "Avropa İttifaqının Rusiyaya qarşı cəza tədbirləri Fransa xalqına Rusiyadan daha çox təsir edib".

Le Pen daha sonra əlavə edib: "Sanksiyalar Rusiyanı zənginləşdirib; Onlar Fransaya Rusiyadan daha çox sanksiya tətbiq ediblər. Qərbin sanksiyaları səbəbindən Fransa özü Rusiyadan neft ixracından asılı olan Hindistandan neft almağa məcbur olub".

Sağçı müxalifət lideri qeyd edib ki, hətta bir hərbi ekspert belə sizə Ukraynanın Rusiyaya qarşı qalib gələ biləcəyini söyləməyəcək, yeganə həll yolu diplomatik həlldir.

Teqlər