İyul 29, 2022 19:30 Asia/Baku
  • Ukrayna
    Ukrayna

Rusiya müdafiə nazirliyi bildirib ki, Kiyev ordusu təhrikedici biri hərəkətdə amerikan raket sistemlərindən istifadə ilə Donetskdə ukraynalı əsirlərin saxlanıldığı təcridxanaya hücum edib və azı əlli nəfərin ölümünə bais olub.

SəhərAzəri-nin məlumatına əsasən, Nazirliyin bəyanatında deyilir: Ukrayna hərbçiləri “РСЗО HIMARS” tipli amerikan raketlərdən istifadə ilə Donetsk Respublikasının Yelenovka şəhərində yerləşən “Azov” batalyonunun əsir düşmüş döyüşçülərinin saxlanıldığı təcridxanaya zərbələr endiriblər. Nəticədə ukraynalı hərbi əsirlərdən 53-ü ölüb, 75-i isə yaralanıbdır.

Həmin hücumda təcridxananın işçilərindən səkkiz nəfərin də müxtəlif dərəcəli yaralar aldığını bildirən Rusiya müdafiə nazirliyi bu təsisatlara hücumu Ukrayna xalqını Rusiya ilə qorxutmaq istiqamətində atılan aşkar təhrikedici addım adlandırıb.

Nazirlik həmçinin bildirib: Hal-hazırda xeyli sayda ukraynalı əsgər rus tərəfin hərbi əsirlərə qarşı humanitar baxışından xəbərdar olaraq, könüllü surətdə silahını yerə qoyur. Bu dəhşətli təhrikedici hərəkət məhz ukraynalı əsgərləri qorxutmaq və onları təslim olmaqdan məyus etmək məqsədilə edilib.

Bu gün həmçinin Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski qərbli tərəflərin istəyi ilə cümə günü Təhlükəsizlik Şurasının Ukrayna haqda başqa bir iclasının keçiriləcəyindən xəbər verib və xəbərdarlıq edibdir ki, Moskvanın da deməyə sözü var.

 

Teqlər