Ağ Evdən şok açıqlama; Yeni ssenari icraya qoyulur?
Əl-Qaidənin lideri öldürüldü
ABŞ hökuməti Əl-Qaidə təşkilatının lideri Əymən Əl-Zəvahirinin Kabildə öldürüldüyünü bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ prezidenti Co Bayden Əl-Qaidənin lideri misirli Əymən Əl-Zəvahirinin əməliyyat nəticəsində öldürüldüyünü açıqlayıb.
ABŞ prezidenti bildirib ki, Əymən Əl-Zəvahirinin öldürülməsinə gətirib çıxaran əməliyyat cari ilin əvvəlindən başlayıb və o ötən həftənin şənbə günü Kabildə bir mənzilə endirilən hava zərbəsi zamanı aradan götürülüb.
Bayden son 20 ildə Əfqanıstanda ABŞ qüvvələrinə hücumun onun tərəfindən planlaşdırıldığını deyib və Əfqanıstanın “terror” mərkəzinə çevrilməsinə imkan verilməyəcəyini bildirib.
Bu arada ABŞ mənbələri bildiriblər ki, Talibanın rəsmiləri xüsusilə də müdafiə naziri Siracəddin Həqqani Əymən Əl-Zəvahirinin yerini əvvəldən bilib və ona müxtəlif dəstəklər veriblər.
Taliban hərəkatı ABŞ tərəfinin bu hücumunu pisləyib və onu Əfqanıstanın suverenliyinə təcavüz adlandırıb.
Xatırladaq ki, İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei 1 sentyabr 2012-ci ildə İndoneziya Respublikası prezidentinin müavini cənab Budiyano və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə bildirmişdi: “Əl-Qaidə” və “Taliban” regionda Amerikanın havadarlarının əli ilə yaradıldı. İndi də Amerika onlarla mübarizə bəhanəsi ilə Əfqanıstan və Pakistan kimi ölkələri bombardman edir. Əsl məqsəd isə bu ölkələrdə ağalığı ələ keçirməkdir”.