Avq 11, 2022 13:32 Asia/Baku
  • Van Ven Bin
    Van Ven Bin

Çin Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Amerika nüvə anlaşmasından çıxmağa başlayan tərəf kimi tez bir zamanda siyasi qərara gəlməli və İranın məntiqli nigarançılıqlarına cavab verməlidir.

SəhərAzəri-nin məlumatına əsasən, Van Ven Bin Frans-Press-lə müsahibədə Amerikanın nüvə anlaşmasına qayıdışı üzrə Vyana müzakirələri haqda deyib ki, bu ölkə İranın nüvə böhranını başladan bir ölkə kimi işlərin hansı səmtə getdiyi barədə aydın dərkə malik olmalı, tez bir zamanda siyasi qərara gəlməli, İranın məntiqli nigarançılıqlarına müsbət cavab verməli və müzakirələrin tezliklə nəticəyə çatmasına şərait yaratmalıdır.

Van Ven Bin əlavə edib: Çin gələcək müzakirələrdə fəal şəkildə iştirak və nüvə anlaşmasının əsas yola qaytarılmasına kömək edəcək.

İrana qarşı qəddarcasına və qeyri-qanuni sanksiyaların ləğvinə yönəlmiş müzakirələrin yeni mərhələsi avqustun dördündə Vyanada başlanıb və avqustun səkkizində başa çatıbdır.

 

Teqlər