Qərbin İrana qarşı sanksiyaları tezliklə ləğv oluna bilər
https://azeri.sahartv.ir/news/dünya-i392151-qərbin_İrana_qarşı_sanksiyaları_tezliklə_ləğv_oluna_bilər
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi bir tvittdə Qərbin anti-İran sanksiyalarının tezliklə aradan qaldırılacağını proqnoz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2022 12:39 Asia/Baku
  • Qərbin İrana qarşı sanksiyaları tezliklə ləğv oluna bilər

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi bir tvittdə Qərbin anti-İran sanksiyalarının tezliklə aradan qaldırılacağını proqnoz edib.

SəhərAzəri-nin məlumatına əsasən, Mixail Ulyanov bu tvittdə yazıbdır ki, Vyanada müzakirə aparan tərəflər arasında nəzərdən keçirilən nüvə anlaşmasının tam şəkildə icrasının bərpası yoluna dair sənədin ilkin mətni demək olar ki, tam şəkildə razılaşdırılıb.

İrana qarşı tətbiq edilmiş qəddarcasına və qeyri-qanuni sanksiyaların ləğvi ilə bağlı müzakirələrin yeni mərhələsi avqustun dördündən səkkizinədək Vyana şəhərində cərəyan edib.

Vyana müzakirələrində iştirak edən ölkələrin əksəriyyəti danışıqların tez bir zamanda yekunlaşdırılmasını istəyir, ancaq yekun razılaşmaya nailolma, Amerikanın yerdə qalan bir neçə mühüm və əsas məsələ barədəki siyasi qərarlarını gözləyir.