Avq 15, 2022 16:17 Asia/Baku
  • Fransada kəskin quraqlıq

Fransanın cənubunda ətraf mühit fəalları etiraz əlaməti olaraq, bir neçə qolf meydançasındakı çuxurları sementlə tutublar.

SəhərAzəri-nin məlumatına əsasən, Onlar bu hərəkəti, qolf meydançalarının bu ölkədəki kəskin quraqlıq zamanı sudan istifadə qadağasından azad olmalarına etiraz olaraq, ediblər.

Tuluza şəhərinin yaxınlığındakı bir neçə qolf meydançası elə bir şəraitdə bu etiraz hərəkətinin hədəfinə çevriibdir ki, Fransada yüz kənd quraqlığa görə, içməli sudan məhrumdur.

Fransada qolf idmanı üzrə rəsmi şəxslər deyirlər ki, çəmənə su verilməyəcəyi təqdirdə, qolf meydançaları üç gün ərzində quruyacaq. Onların sözlərinə görə, çəmənsiz qolf meydançası, buzu olmayan buz meydançası üzərində konkisürmə rinqinə bənzəyir. Onlar həmçinin deyiblər ki, Fransada on beş min nəfərə yaxın insan qolf meydançalarında işlə məşğuldur və çəmənin quruması onların peşəsini risk altında qoya bilər.

«Tükənməyə qarşı üsyan» adlı qrup bu hərəkətin məsuliyyətini qəbul etməklə qolfu «varlıların əyləncəsi» adlandırıb və bir bəyanatda bildirib: Bu güzəşt göstərir ki, «iqtisadi divanəlik ətraf mühit məntiqindən üstündür».

Qolf meydançalarının sudan istifadədən müstəsna olmaları, elə bir şəraitdə deyilibdir ki, Fransanın quraqlığa düçar olmuş bəzi bölgələrində vətəndaşlara avtomobili yumaq və bağçaları suvarmaq qadağan edilibdir.

Fransada yağışın 85 faiz azalması, bu ölkədəki Luara çayının bəzi hissələrinin qurumasına bais olub və Fransa ərazisinin üçdə iki hissəsində böhranlı durum xəbər verilibdir.

 

Teqlər