Avq 19, 2022 09:57 Asia/Baku
  • Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini 13 faizə endirib

Türkiyə Mərkəzi Bankı pul ehtiyatlarının həftəlik faiz dərəcəsini 14 faizdən 13 faizə endirib.

Türkiyə Mərkəzi Bankı onun direktoru Şahab ​​Kavcıoğlunun sədrliyi ilə keçirilən pul siyasəti şurasının iclasının sonunda pul ehtiyatlarının təmin edilməsi üzrə həftəlik faiz dərəcəsini 14 faizdən 13 faizə endirib.

Bank öz bildirişində geopolitik risklərin artmasına işarə ilə bildirib ki, qarşıdakı dövr üçün beynəlxalq inkişaf proqnozları tənəzzül prosesini keçib və durğunluq ehtimalı qaçılmazdır.

Bildirişdə deyilir ki, rəyasət heyəti iri ehtiyat siyasətini gücləndirəcək və pulköçürmə mexanizminin kəsərliliyini himayə edəcək.

Bildirişin başqa bir hissəsində deyilir: məşğulluq göstəricisi və sənaye istehsalatının artırılması prosesinin davam etdirilməsi məqsədilə  dəstək mahiyyətli pul və maliyyə siyastələrinin yeridilməsi özəl önəmə malikdir.

Türkiyə kəskin iqtisadi böhranla üz-üzədir və bu ölkənin 2023-cü il ümumi seçkilərindən ayıran zamanın günü-gündən azaldığı bir halda, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın böhranın aradan qaldırılması və ya azaldılması üzrə bütün həll yolları uğursuz qalıbdır.

Teqlər