Avq 19, 2022 12:15 Asia/Baku
  • Ərdoğan Lvovda Quterreş və Zelenski ilə görüşüb

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan dünən Ukraynanın Lvov şəhərində bu ölkənin prezidenti Vladimir Zelenski və BMT-nin baş katbi Antonio Quterreşlə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, Ərdoğan BMT-nin baş katbi Antonio Quterreşin iştirakı ilə üçtərəfli yığıncaqda iştirak etmək üçün və Zelenskinin etdiyi dəvət əsasında dünən Ukraynanın Lvov şəhərinə səfər edib.

Ukraynanın Odessa limanından taxılın təhlükəsiz ixracı, Zaporojye AES-inin təhlükəsiz fəaliyyəti və Ukraynadakı savaşa son qoymağa yardım üzrə diplomatik səylər kimi mövzular, bu üçtərəfli görüşün əsas istiqamətlərindən olubdur.

Ərdoğan bu görüşdən öncə Zelenski və Quterreşin iştirakı ilə keçirilən birgə mətbuat konfransında bildiribdir ki, həmin yığıncağın nəticələrini Rusiya prezidenti Vladimir Putinlə birgə nəzərdən keçirəcək.

Türkiyə prezidenti həmçinin bildirib ki, Zelenski və Quterreşlə Ukrayna ilə Rusiya arasında hərbi əsirlər mübadiləsi haqda da söhbət edibdir.

Ukrayna prezidenti Vladimir Zelenski də öz növbəsində deyibdir ki, Rusiya ilə müzakirə yalnız o zaman mümkündür ki, bu ölkə ələ keçirdiyi bölgələri tərk etmiş olsun.

Birgə mətbuat konfransında Ukraynadan taxılın ixracatı haqdakı razılaşmaya toxunan BMT baş katbi də qeyd edibdir ki, beynəlxalq ərzaq bazarının sabitləşməyə doğru getməsinə dair göstəricilər mövcuddur.

Teqlər