Lavrov: Rusiya Vyana danışıqlarında təklif olunan son variantı təsdiqləyir
Avq 23, 2022 20:07 Asia/Baku
Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı təsdiqləyib ki, Moskva Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) canlandırmaq üçün sazişin son variantını təsdiqləyir.
SəhərAzəri-nin məlumatına əsasən, Lavrov Suriyanın xarici işlər naziri Feysəl Miqdadla birgə mətbuat konfransında deyib: "Rusiya sənədin indi prosesin bütün iştirakçılarına təqdim olunan versiyası ilə razılığını çoxdan elan edib".
Lavrov əlavə edib ki, ABŞ-ın bu məsələdə mövqeyi hələlik məlum deyil.